Nəqliyyat Nazirliyi və Metropolitenə CİDDİ TAPŞIRIQ

Nəqliyyat Nazirliyi və Metropolitenə CİDDİ TAPŞIRIQ
15:54 6 Yanvar 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

Metro stansiyaları əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılacaq. Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb. Bununla bağlı “Bakı Metropoliteni ” SC-nə tapşırıq verilib.

Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iri tutumlu nəqliyyat vasitələrindən əlillərin istifadəsi təmin ediləcək. Bu işin icrasını isə Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirəcək.

 

Bankomatlar, telefon avtomatlar, poçt terminalları, keçid turniketləri, lift, tunel keçidləri, eskalator və digər avtomat qurğular da əlilliyi olan şəxslərə uyğunlaşdırılacaq. 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR