"O səs Türkiyə"də inanılmaz təklif (VİDEO)

"O səs Türkiyə"də inanılmaz təklif (VİDEO)
15:56 6 Yanvar 2015
345 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" musiqi yarışmasında şok hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, münsiflərdən biri Gökhan Oğuz Hadisəyə Zeo Jaweed adlı iştirakçını kənarlaşdırmağını istəyib. Hadisə Gökhanın bu sözlərindən şoka düşüb.

Gökhanın belə danışmağına səbəb isə əslində həmin iştirakçını bəyənməsi olub. Belə ki, onun komandasında bir repçi yarışmaçı olsa da, Gökhan əsl adı Cavid Güner olan Zeo Jaweed-i də öz komandasında görmək istəyir.

Münsiflər və Acun Ilıcalı Gökhanın bu sözlərini zarafata salıblar. Hadisə Gökhana "arada yatıb yuxusunu almağı" məsləhət görüb. Acun isə zarafatla iştirakçıları dəyişməyi təklif edib.

Duelin sonunda Hadisə Zeo Jaweed-i seçərək öz komandasında saxlayıb.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR