Fabreqas və Messi bir klubda oynaya bilərlər

Fabreqas və Messi bir klubda oynaya bilərlər
15:58 6 Yanvar 2015
224 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

İngiltərənin "Çelsi" futbol klubu güman edir ki, yarımmüdafiəçi Sesk Fabreqas "Barselona"nın forvardı Lionel Messini London klubuna keçməyə inandıra biləcək.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, argentinalı hücumçu və "Barselona" klubunun baş məşqçisi Luis Enrike arasında narazılıq yaranıb. Buna görə də L.Messi "Çelsi"nin transfer təklifini qəbul edə bilər.

Qeyd edək ki, S.Fabreqas daha əvvəl "Barselona"da oynayıb və indiyədək L.Messi ilə dostluq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2350297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR