Kosmos tarixində ilkə cəhd

16:03 6 Yanvar 2015
325 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Space X" firması kosmos tarixində ilkə imza atmağa hazırlaşır.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, firma kosmosa göndərəcəyi "Falcon 9" adlı raketi zərər dəymədən yerə endirməyə cəhd edəcək.

Bu məqsədlə raketin kosmosa göndərildiyi yerdə, okeanın üzərində platforma qurulub. Floridanın şimalındakı NASA bazasında buraxılması gözlənilən raket Beynəlxalq Kosmos Stansiyasındakı 6 astronavta lazımi materiallar daşıyacaq. Bundan sonra isə Yerə qayıdaraq etibarlı eniş etməyə cəhd edəcək.

Qeyd edək ki, bu günədək kosmosa göndərilən raketlərin hamısı daşıdıqları kosmik vasitədən ayrıldıqdan sonra atmosferə düşərək yanır və ya okeana düşərək missiyalarını başa çatdırırdılar. Bununla da raketlərin hazırlanması üçün sərf edilən milyonlarla dollar boşuna gedirdi. Əgər "Falcon 9" raketi zərər görmədən eniş edə bilərsə, "yenidən istifadə edilə bilən raketlər" istehsal edilərək boş yerə xərclənən milyonlarla dollara qənaət ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2350301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR