Avtomobil alanda diqqətli olun!

16:28 6 Yanvar 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Astara rayon sakininin həyətində üzərində başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları olan qaçırılmış avtomobil aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ, Biləsuvar RPŞ, Masallı RPŞ və Astara RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Astara rayon sakini Qəni Mirzəyevin həyətində “VAZ-2107” markalı avtomobil aşkar edilib.

Araşdırmalar zamanı həmin avtomobilin Lənkəran şəhər sakini Ramal Həsənova məxsus, ötən il dekabrın 3-də qaçırılmış "VAZ-2107" markalı avtomobil olması, üzərindəki dövlət qeydiyyat nişanlarının isə Astara rayon sakini Elşən Nəzərova məxsus "VAZ-21013" markalı avtomobilin dövlət qeydiyyat nişanları olması müəyyən edilib.

Q.Mirzəyev və avtomobili ona satmış Masallı rayon sakini Nahid Qasımov tutulublar. N.Qasımov izahatında avtomobili Yardımlı rayon sakini Samiq Adışovdan aldığını bildirib.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR