Sevinc Osmanqızının məhkəməsi başladı

Sevinc Osmanqızının məhkəməsi başladı
16:29 6 Yanvar 2015
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Nərimanov rayon məhkəməsində tanınmış jurnalist Sevinc Osmanqızı barəsində olan şikayət üzrə üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şikayətçi tərəf vəsadətlə çıxış edib. Onlar Sevinc Osmanqızının məcburi şəkildə gətirilməsini tələb ediblər. Sevinc Osmaqızının vəkili isə bildirib ki, uşaqları xarici ölkədə təhsil aldığından onun Bakıya gəlmək imkanı yoxdur.

 

Məhkəmə vəsadəti baxılmamış saxlayıb. Proses yanvarın 13-ü davam etdiriləcək.

 

Bundan əlavə müəyyən məsələlərlə bağlı Dövlət Sərhəd Xidmətinə, Statistika Komitəsinə və Bakı şəhər müraciətlər ünvanlanıb.


Qeyd edək ki, jurnalistə qarsı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Bundan əvvəl isə qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham edib.

Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.

Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.


O, "Açıq söhbət" siyasi debat proqramının moderatoru olub və şəhid jurnalist Osman Mirzəyevin qızıdır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR