Mühafizəçi körpə oğlunun və arvadının başını kəsdi

Mühafizəçi körpə oğlunun və arvadının başını kəsdi
16:34 6 Yanvar 2015
204 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada dəhşətli cinayət baş verib. Lent.az-ın məlumatına görə, 5 gün ardıcıl spirtli içki qəbul edən kişi 27 yaşlı arvadı və 1 yaş 2 aylıq oğlunun başını kəsərək öldürüb.

 

Ərinin bayram günlərindən bəri mütəmadi spirtli içki qəbul etməsindən bezən qadın ona etiraz edib və mübahisə yaranıb. Arvadının onun işinə qarışmasından və irad bildirməsindən qəzəblənən kişi əvvəl qadının, sonra bir yaşı yenicə tamam olmuş oğlunun başını kəsib.

 

Qətli törətdikdən sonra cinayətkar hadisə yerindən qaçıb. Hazırda polis qatilin tapılması istiqamətində axtarışlar aparır.

 

Bildirilir ki, hadisəni törədən şəxs mühafizəçi işləyirmiş.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR