x
Loading...
.

Meksikada neft emalı zavodunda partlayış - Ölən və yaralananlar var

Meksikada neft emalı zavodunda partlayış - Ölən və yaralananlar var
04:33 13 Yanvar 2017
25 Dünya
Ölkə mətbuatı
A- A+
.

"Meksikanın "Pemex" neft şirkətinin neft emalı zavodunda baş vermiş partlayış bir işçinin həyatına son qoyub".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkət nümayəndəsi Viktor Kampero Xarke bildirib.

Məlumata görə, hadisə zamanı daha doqquz nəfər xəsarət alıb. "İşçi Alberto Arauxo Pinedin həlak olması təsdiq edilir" - deyə şirkət rəsmisi qeyd edib.

Məlumata görə, Tamaulipas ştatındakı zavodda baş vermiş partlayışa səbəb qaz sızması olub. "Pemex" şirkətinin "Twitter"dəki mikrobloqunda fövqəladə hadisədən sonra müəssisənin işi dayandırılmayıb.

Hadisə zamanı xəsarət almış zərərçəkənlərə tibbi yardım göstərilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR