Əşyaların yerini dəyişdirməmək, arxası üstə uzanmaq... - Tanınmışların inandığı mövhümatlar - FOTO

Əşyaların yerini dəyişdirməmək, arxası üstə uzanmaq... - Tanınmışların inandığı mövhümatlar - FOTO
07:57 13 Yanvar 2017
160 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir çox insanlar kimi tanınmış simalar da mövhümatlara inanır. 

Milli.Az axşam.az-a istinadən həmin məşhurlardan bəzilərinin hansı mövhümatlara inandığını təqdim edir:

Meqan Foks - təyyarəyə minəndə hökmən Britni Spirsə qulaq asır.

Burcu Esmersoy - tanınmış aktrisa və aparıcı başqasının əlindən bıçaq, qayçı və digər kəsici alət götürmür.

Kameron Diaz - işləri yolunda getdiyi zaman 3 dəfə qulağını çəkir.

Demet Akalın - müğənni işlərinin yolunda olması üçün konsertdən əvvəl əlinə göz muncuğu götürür və ondan enerji almağa çalışır.

Cennifer Eniston - tanınmış aktrisa təyyarəyə hökmən sağ ayağı ilə minir.

Pelin Karahan - aktrisa yerinə yetməsini istədiyi bütün arzularını cümə axşamı günü tutur.

Şarlz Teron - ətrafda dağınıqlıq olduğu zaman pis bir hadisə baş verəcəyinə inanır.

Funda Arar - müğənni dəyişikliyi sevmir və əşyaların yeri dəyişiləcəyi vaxt pis bir hadisə baş verəcəyinə inanır. 

Culya Roberts -  Hollivud ulduzu çəkildiyi serial, film və reklamların ona şans bəxş etməsi üçün arxası üstə uzanır.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/507010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR