Ötən il İraqda on altı mindən çox dinc sakin öldürülüb

Ötən il İraqda on altı mindən çox dinc sakin öldürülüb
08:27 13 Yanvar 2017
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ İraqda mülki əhali arasında qurbanları izləyən tədqiqat qrupunun məlumatına görə, ötən il bu ölkədə 16000-dən çox mülki sakin öldürülüb.
"Report" istinadən xəbər verir ki, bu barədə "MIG News" tədqiqat mərkəzinə istinadən məlumat yayıb. 
Məlumatda bildirilir ki, 2016-cı ilin yanvarından bu günə kimi İraqda 16361 mülki sakin hərbi əməliyyatların qurbanı olub. Onların böyük qismi – 7431 nəfəri ölkənin şimalındakı Neynəvada öldürülüblər. 
Mülki sakinlər arasında qurbanların sayına görə paytaxt Bağdad 3714 nəfərin ölümü ilə ikinci yerdə qərarlaşıb.
Dinc sakinlərin əsasən terror qurbanı olduqları, habelə İŞİD qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlar zamanı öldürüldükləri bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/oten-il-i-raqda-on-alti-minden-cox-mulki-sakin-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR