Nüvə razılaşmasından sonra Tehran aeroportuna ilk "Airbus" enib

Nüvə razılaşmasından sonra Tehran aeroportuna ilk "Airbus" enib
09:37 13 Yanvar 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

İran Qərblə nüvə razılığını əldə etdikdən sonra ilk 100 ədəd A321 jet markalı "Airbus" alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, artıq "İran Airs" aviaşirkətinə məxsus olan yeni təyyarələr Tehran Mehrabad beynəlxalq hava limanında eniş edib. Fransa istehsalı olan təyyarələrin qiyməti isə 18 milyon dollardır.

"İran Air" şirkəti 80-ə yaxın ABŞ istehsalı olan "Boeing" təyyarəsinin alınması barədə mövcud planlarını da açıqlayıb.

İran İslam Respublikasının əksər təyyarələri 1979-cu ildə, İslam çevrilişindən əvvəl alınıb.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR