x
Loading...
.

Ukrayna klubunun prezidenti: "Kirill Petrov "Neftçi"yə pula görə keçdi"

Ukrayna klubunun prezidenti: "Kirill Petrov "Neftçi"yə pula görə keçdi"
10:02 13 Yanvar 2017
61 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 13 yanvar. REPORT.AZ/ Ukraynanın "Olimpik" klubunun prezidenti Vladislav Gelzin Kirill Petrovun "Neftçi"yə transfer olunmasına münasibət bildirib. "Report"un məlumatına görə, V.Gelzin 27 yaşlı müdafiəçinin Azərbaycan klubuna pul qazanmaq üçün keçdiyini açıqlayıb.
Klub prezidenti bildirib ki, "Neftçi" Petrova "Olimpik"dən daha çox pul ödəyəcək: "Biz onunla danışdıq. Bilir ki, bizim öz hədəflərimiz var. Ancaq orada başqa vəziyyətdir. Onun ailə vəziyyəti, şəxsi işləri və kiçik problemləri var. Bu barədə danışmaq istəmirəm. Özünə bizdən daha çox pul ödəyən klub tapdı. O, Azərbaycan çempionatını seçdi. Hansı ki, həmin çempionat səviyyəcə bizdən aşağıdır. Bu səbəbdən, Kirillin Azərbaycana pul qazanmaq üçün getdiyini demək olar. Belə vəziyyətdə isə onu başa düşmək lazımdır".
Qeyd edək ki, "Neftçi" Kirill Petrovla 1.5 illik müqavilə imzalayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/klub-prezidenti-kirill-petrov-azerbaycana-pul-qazanmaq-ucun-getdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR