x
Loading...

15 yaşlı oğlan faciəli şəkildə həlak oldu

15 yaşlı oğlan faciəli şəkildə həlak oldu
11:22 13 Yanvar 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində, "Ərkivan dairəsi" deyilən ərazidə qeydə alınıb.
 
Sürücüsünün kimliyi məlum olmayan 44 BD 497 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yolun kənarındakı maneəyə çırpılıb.
 
Avtomobildə olan sərnişin, sürücünün qohumu olduğu bildirilən, 2002-ci il təvəllüdlü Gözəlov Elşad Elşən oğlu ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa  da, onu xilas etmək mümkün olmayıb.
 
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/507226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR