x
Loading...

Daşkəsən sakininin Şəmkirdə kirayə qaldığı evdən yanmış meyiti tapılıb

Daşkəsən sakininin Şəmkirdə kirayə qaldığı evdən yanmış meyiti tapılıb
11:37 13 Yanvar 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. 13 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda fərdi yaşayış evində yanğı olub. 
"Report"un Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini Xumar Həsənovaya məxsus ev yanıb. Yanğın söndürüldükdən sonra orada kirayədə yaşayan Daşkəsən rayon sakini Rafiq Əsgərovun yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daskesen-sakini-semkirde-kiraye-qaldigi-evden-yanmis-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR