x
Loading...
.

Türkiyədə benzin və dizel bahalaşır

Türkiyədə benzin və dizel bahalaşır
12:12 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 13 yanvar. REPORT.AZ/ Sabahdan etibarən Türkiyədə benzin və dizel yanacağının satış qiyməti qalxacaq. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Neft Məhsulları İşəgötürənlər Təşkilatı məlumat yayıb.
Məlumata görə, benzinin qiyməti 14 kuruş, dizelin qiyməti isə 12 kuruş qalxacaq.
Beləliklə, İstanbulda 1 litri 5,24-5,26 Türkiyə lirəsinə (2,48-2,49 manat) satılan 95 oktanlı benzinin qiyməti 5,38-5,40 TRY-ə (2,55-2,56 manat) yüksələcək. Dizel yanacağının 1 litrinin qiyməti isə 4,57 TRY-dən (2,16 manat) 4,69 TRY-ə (2,22 manat) qalxacaq.
Qeyd olunur ki, yanacağın qiymətindəki gözlənilən artım ölkədə ABŞ dollarının sürətlə bahalaşması ilə əlaqədardır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turkiyede-benzin-ve-dizel-bahalasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR