"Bağdad"ın ifaçısı İçərişəhərdə - fotolar

"Bağdad"ın ifaçısı İçərişəhərdə -  fotolar
12:26 13 Yanvar 2017
78 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ayla Çelik 106.3 FM-in dəvəti ilə Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, gecə saatlarında paytaxtımıza gələn ifaçı şəhər gəzintisinə yollanıb.

“Bağdad” mahnısı ilə tanınan Ayla Dağüstü parkı və İçərişəhəri gəzib.

Bakı təəssüratlarından danışan müğənni “Buranı hər gəlişimdə bir başqa sevirəm. Konservatoriyada təhsil alarkən müəllimim olmuş Emin Sabitoğlunun vətəninidir bura” deyə, Çelik söyləyib.

Mağazaları gəzən türkiyəli ifaçıya kələğayı hədiyyə edilib.

Qeyd edək ki, Ayla Çelikin gəlişinin səbəbi “İlin mahnısı” müsabiqəsi çərçivəsində “Milli dalğa” mükafatına layiq görülməsidir. Müğənni bu gün Kazım Sübhanın verilişinə qatılacaq.





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR