x
Loading...

"Qəbələ" "Antalyaspor"la bacarmadı

"Qəbələ" "Antalyaspor"la bacarmadı
12:42 13 Yanvar 2017
48 İdman
Ölkə mətbuatı
A- A+
.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası ikinci yoxlama oyununu keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Antalyaspor"un U-19 komandası ilə görüşdə qüvvəsini sınayıb. 

"Qəbələ" görüşə aşağıdakı "11-lik"lə başlayıb:

Yasin Əliyev, Rüstəm Nuriyev, Fərid Nadirov, İzzət Müştaqov, Vüsal Məsimov, Abbas Ağazadə, Fikrət Tağıyev, Arsen Ağcabəyov, Məhəmməd Abbaslı, Təbriz İsazadə, Fəqan Məsimov.

İlk yarıda daha fəal olan "Qəbələ" hesabı açıb. Meydan sahiblərinin qapısına Abbas Ağazadə yol tapıb. Oyunun gedişində hər iki komanda futbolçu dəyişiklikləri edib. Qarşılaşmanın ikinci yarısında Antalya təmsilçisi iki qol vurmağı bacarıb. Beləliklə, U-19 komandası ikinci yoxlama oyununda 1:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, ilk görüşdə "Kartalspor"u 3:1 hesabı ilə məğlub edən "Qəbələ" yanvarın 14-də keçiriləcək son qarşılaşmada "Kunduspor"la görüşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR