Rusiya “S-400”ləri Krımda yerləşdirdi

Rusiya “S-400”ləri Krımda yerləşdirdi
12:43 13 Yanvar 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya ilhaq etdiyi Krım yarımadasınma “Triumf” S-400 zenit-raket sistemləri yerləşdirib.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, “Triumf” S-400 orta mənzilli raketlərdən müdafiə sistemi S-300-ün təkmilləşdirilmiş versiyası hesab olunur. “S-400" zenit-raket kompleksləri 2007-ci ildə Rusiya ordusunda silahlanmaya qəbul olunub.

Zenit-raket komplekslərinin dünyada analoqu yoxdur və bu raketlər istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir. Bir “S-400" kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Petriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.

“Triumf” 600 kilometrə qədər uzaqlıqdakı hədəfləri aşkar edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR