İŞİD yaraqlıları Mosulda Dəclə çayı üzərində olan körpüləri partladır

İŞİD yaraqlıları Mosulda Dəclə çayı üzərində olan körpüləri partladır
12:47 13 Yanvar 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Mosulda Dəclə şayı üzərində dağılmamış bütün körpüləri partlatmağa başlayıb.
"Bu barədə "Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir.
Qeyd olunur ki, bu addım İraq silahlı qüvvələri və müttəfiqlərinin hazırda İŞİD tərəfindən nəzarət olunan şəhərin qərbinə hücum etməsinin qarşısını almaq məqsədilə atılır.
Qeyd edək ki, keçən il oktyabrın 16-da Mosulun İŞİD-dən azad edilməsi üzrə əməliyyata başlanılıb. İraq qüvvələri və müttəfiqləri artıq Dəclə çayının sol sahilində şəhərin əhəmiyyətli hissəsini azad edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-yaraqlilari-mosulda-decle-cayi-uzerinde-olan-korpuleri-partladir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR