x
Loading...

"Neftçi" Abışovun transferi üçün nə qədər təzminat ödəyib?

"Neftçi" Abışovun transferi üçün nə qədər təzminat ödəyib?
12:47 13 Yanvar 2017
56 İdman
Ölkə mətbuatı
A- A+
.

"Neftçi"nin Ruslan Abışovun transferi üçün "İnter"ə ödədiyi pulun məbləği müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun "bankirlər"lə müqaviləsi qalsa da, "ağ-qaralar" qarşı tərəfə təzminat ödəyərək, bu transferi həll ediblər.

Belə ki, "Neftçi" rəhbərliyi "İnter"i razı salmaq üçün 150 min manat xərcləyib. Bundan sonra "bankirlər" Ruslan Abışovun gedişinə icazə veriblər. Maraqlıdır ki, "İnter" "Qarabağ"a keçən digər futbolçusu Ağabala Ramazanova görə isə qarşı tərəfdən təzminat tələb etməmişdi. Məlumatı klub rəhbərliyi də təsdiqləmişdi.
 
Qeyd edək ki, yığma komandanın da üzvü olan Ruslan Abışov "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR