Azərbaycan bankları nağd valyuta satışını tədricən bərpa edir

Azərbaycan bankları nağd valyuta satışını tədricən bərpa edir
13:27 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları nağd valyuta satışını bərpa etməyə başlayıb. Buna baxmayaraq, hələ də bəzi banklar valyuta satışı həyata keçirmir, əksər banklarda isə satışda müxtəlif limitlər tətbiq olunur.
"Report"un apardığı monitorinqin nəticələrinə əsasən, hazırda "AG Bank" ASC-də valyuta aləışı aparılsa da, satış yoxdur. "Dəmirbank" ASC, "Muğanbank" ASC, "Xalq Bank" ASC və "Ziraat Bank Azərbaycan" ASC də satış həyata keçirmir.
Hazırda dollar satışı kassa qalığından asılı olaraq "Atabank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "AFB Bank" ASC, "Azərbaycan Sənaye Bankı" ASC, "CDB Bank" ASC, "Nikoil Bank" ASC, "Bank Avrasiya" ASC və "Bank BTB" ASC-də (yalnız filiallarda) aparılır. Bu isə o deməkdir ki, yəni, müştərinin tələbinin ödənilməsi kassadakı cari vəziyyətdən asılıdır.
"Azər-Türk Bank" ASC-də masimal satış limiti 10 min dollardır. "Amrahbank" ASC-nin baş ofisində 100-150 dollar almaq mümkündür, avro satışı yoxdur, filiallarda isə limit fərqlidir. "Rabitəbank" ASC-də 1 000 dollaradək, "Silkway Bank" ASC-də 300 dollar yaxud 200 avroya, "Turanbank" ASC-nin filiallarında 500 dollaradək (baş ofisdə isə satış həyata keçirilmir), "Unibank" ASC-də 3 000 dollaradək, "Bank of Baku" ASC-nin "Mərkəz", "S.Vurğun" filiallarında və baş idarədə 1 000 dollaradək, "Kapital Bank" ASC-də 5 000 dollar/avroyadək, "Bank VTB (Azerbaijan)" ASC-də 1 000 dollar/avro və ya 1 000 dollar ekvivalentdə rubl, "Accessbank" QSC-də 200 dollar/avroyadək valyuta almaq olar. 
"PAŞA Bank" ASC-də nağd satış olmasa da, bankomatlardan valyuta çıxarmaq olur ("PAŞA Bank" kartları üçün "rəsmi məzənnə+2%" konvertasiya haqqı tutulur).
"YapıKredi Bank Azərbaycan" ASC isə yalnız öz müştərilərinə satış həyata keçirir. "Bank Respublika" ASC və "Günaybank" ASC-də də limitsiz satış həyata keçirildiyi deyilir.
Banklar Dollar (USD/AZN) Avro (EUR/AZN) Rubl (RUB/AZN)




Alış Satış Alış Satış Alış Satış 1 Atabank 1,8000    1,8700    1,9000    1,9850    0,0300    0,0315   2 International Bank of Azerbaijan 1,7867 1,8700 1,8591 1,9919 0,0298 0,0319 3 AFB Bank 1,8200 1,8650 1,8780 1,9920 - - 4 Azerbaijan Industry Bank 1,8200 1,8700 1,8800 1,9900 - - 5 Azer-Turk Bank 1,7800 1,8650 1,8900 1,9900 - - 6 Amrahbank 1.7867 1.8700 1.8900 1.9900 0,0301 0,0315 7 AGBank 1,7800 1,8800 1,8780 2,0149 - - 8 BTB Bank 1,8000 1,8730 1,8910 2,0000 0,0299 0,0316 9 Caspian Development Bank 1,7900 1,8580 1,8300 1,9700 0,0290 0,0313 10 Demirbank 1,7800 1,8750 1,8780 2,0000 0,0298 0,0318 11 Expressbank 1,7867 1,8750 1,8900 1,9950 0,0300 0,3150 12 Rabitabank 1,8000 1,8700 1,9120 1,9890 0,0303 0,0316 13 Silkway Bank 1,7860 1,8750 1,8970 2,0000 0,0290 0,0314 14 Turanbank 1,7700 1,8700 1,8900 1,9980 0,0290 0,0317 15 Muganbank 1,7900 1,8710 1,8690 1,9010 0,0297 0,0316 16 Bank Nikoil 1,7800 1,8600 1,8900 1,9900 0,0300 0,0315 17 Unibank 1,7900 1,8700 1,8591 1,9919 0,0298 0,0316 18 Bank Respublika 1,7867 1,8600 1,8970 1,9750 0,0301 0,0314 19 PASHA Bank 1,8100 1,8650 1,8890 1,9801 0,0299 0,0314 20 Bank of Baku 1,7850 1,8700 1,8950 1,9720 0,0300 0,0315 21 Xalq Bank 1,7867 1,8700 - - - - 22 Ziraat Bank Azerbaijan 1,8800 1,8000 1,9900 1,8150 - - 23 Gunaybank 1,7500 1,8700 1,8600 2,0000 - - 24 KapitalBank 1,7867 1,8720 1,8833 1,9900 - - 25 Bank VTB Azerbaijan 1,7867 1,8700 1,8970 1,9860 0,0301 0,0315 26 Yapı Kredi Bank Azərbaycan 1,8200 1,8750 1,8000 2,0100 - - 27 Accessbank 1,7850 1,8840 1,8780 2,0013 0,0301 0,0317 28 Bank Avrasiya 1,8000 1,8700 1,8600 1,9800 0,0290 0,0310 29 NBC Bank 1,8000 1,8700 1,8900 2,0050 0,0290 0,0313 30 Naxçıvanbank 1,7867 1,8710 1,8914 1,9865 0,0296 0,0315 31 Bank Melli Iran-Baku 1,8200 1,8800 1,9200 1,9800 - - 32 Pakistan National Bank-Baku - - - - - -

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklari-nagd-valyuta-satisini-tedricen-berpa-edir-cedvel

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR