Aşqarlar Kimyası İnstitutunda yeni növ sürtkü yağları yaradılıb

Aşqarlar Kimyası İnstitutunda yeni növ sürtkü yağları yaradılıb
14:17 13 Yanvar 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda institutun rəhbərliyi ilə AMEA-nın Təcrübə-Sənaye Zavodunun nümayəndələri arasında görüş keçirilib.
İnstitutdan “Report”a verilən məlumata görə, görüşdə istehsalı nəzərdə tutulan yeni yaradılan sürtkü yağlarının və sürtkülərin sınaq nəticələri müzakirə olunub. 
Həmçinin gələcəkdə planlaşdırılan birgə işlər barədə fikir mübadiləsi aparılıb.
Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Təcrübə-Sənaye Zavodu ilə əməkdaşlığın bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, iki qurum bir müddətdir ölkənin sürtkü materiallarına olan təlabatının ödənilməsi istiqamətində əməkdaşlıq edir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/asqarlar-kimyasi-i-nstitutunda-yeni-nov-surtku-yaglari-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR