Səmədov 3,5 milyon avro qarşılığında buraxıldı

Səmədov 3,5 milyon avro qarşılığında buraxıldı
14:32 13 Yanvar 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Aleksandr Səmədovun "Spartak"a keçidi rəsmiləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Lokomotiv" Azərbaycan əsilli futbolçunun Moskvanın digər təmsilçisinə keçidinə razılıq verib.

Belə ki, klublar futbolçunun transfer qiymətində ortaq məxrəcə gələ biliblər.
 
"Spartak" rəhbərliyi Səmədova görə qarşı tərəfə öncə 2 milyon avro təklif edirdi. Lakin "dəmiryolçular" müqavilədə olan bəndə əsasən, futbolçunu 5 milyon avro qarşılığında buraxacaqlarını bildirmişdilər. Tərəflər sonda ortaq məxrəcə gələrək, 3,5 milyon avro məbləğə razılaşıblar.
 
Qeyd edək ki, "Spartak"la 2,5 illik müqavilə bağlayan Səmədov ilinə 1,8 milyon avro qazanacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR