x
Loading...
.

“Adobe” səsli komandaların köməyilə şəkillərin redaktəsini təklif edir

“Adobe” səsli komandaların köməyilə şəkillərin redaktəsini təklif edir
14:35 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Mobil qurğu və fərdi kompüterlərdə şəkillərin emalı üçün çoxlu proqramlar mövcuddur. Ən populyar proqramlardan biri “Photoshop” hesab edilir. Amma belə proqramlarda işləmək üçün öncə onların imkan və funksiyalarını öyrənmək lazımdır ki, bu da asan deyil. “Adobe” şirkəti bu problemin həllini tapıb. Şirkət səsli komandaların köməyilə şəklin redaktəsini əks etdirən video nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, mobil redaktora səs assistenti inteqrasiya edilib. “Adobe” şirkətinin nümayəndəsi bildirir ki, danışığın tanınması sistemi, hətta internetsiz işləmək qabiliyyətinə malikdir və bu, başqa virtual köməkçilərlə müqayisədə böyük üstünlükdür. Redaktorda işləmək qabiliyyətinə malik olmayan istənilən istifadəçi virtual assistentə müraciət edə bilər. Bu, çox faydalı seçim ola bilər, çünki bu zaman proqramın bütün funksiyalarının öyrənilməsinə vaxt sərf etməyə ehtiyac qalmayacaq.

Emil Hüseynov





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45433-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR