Baş nazir: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir"

Baş nazir: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir"
15:17 13 Yanvar 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Karen Karapetyan hökumətin 100 günlük işinə həsr olunmuş mətbuat konfransında bildirib.
"İqtisadiyyatımızın ağır vəziyyətdə olduğunu artıq bildirmişəm. Bu gün bu vəziyyət qalmaqdadır. Amma bu, o demək deyil ki, vəziyyət nəzarətdən çıxıb", - K.Karapetyan vurğulayıb.
Baş nazir hökumətin artıq dəyişiklik proqramını təqdim etdiyini deyib.
O, Ermənistanın "böyük iqtisadi sistemi"ni bir gün ərzində dəyişməyin qeyri-mümkün olduğunu da söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/bas-nazir-ermenistan-iqtisadiyyati-agir-veziyyetdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR