Azərbaycan yığması Valentin Qranatkin turnirində medal şansını itirib

Azərbaycan yığması Valentin Qranatkin turnirində medal şansını itirib
15:37 13 Yanvar 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə XXIX ənənəvi beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrupda qalıb. "Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda mübarizəni 9 - 16-cı yerlər uğrunda davam etdirəcək.
C qrupunun bu gün keçirilən ilk oyununda qrup lideri Litva ikinci pillədə yer alan Qazaxıstana uduzub - 0:2. Bu nəticədən sonra Qazaxıstan yığması xallarını 5-ə çatdıraraq, qrup lideri kimi mərhələ adlayıb. 4 xala malik Litva isə hazırda ikinci pillədədir və Azərbaycan - Slovakiya matçında ikincilərin xal itirməsini gözləyir. 2 xala malik Slovakiyanın xal itirməsi Litvanın qrup ikincisi olması ilə nəticələnəcək. Azərbaycan yığması qələbə qazansa, Litva ilə xallarını bərabərləşdirəcək, amma şəxsi oyunda pribaltikalılara 1:2 hesabı ilə uduzduğu üçün 2-ci yeri tuta bilməyəcək. Heç heçə və ya məğlubiyyət isə Təbriz Həsənovun komandasının sonuncu pillədə qalmasına səbəb olacaq.
Qeyd edək ki, reqlamentə əsasən, 4 qrupda ilk iki yeri tutanlar medallar uğrunda mübarizəyə imkan verən 1/4 finala yüksələcəklər. Sonrakı pillələrin sahibləri isə 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-yigmasi-valentin-qranatkin-turnirinde-medal-sansini-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR