x
Loading...
.

Türkiyə prezidenti növbədənkənar seçkilərin keçirilə biləcəyinə işarə vurub

Türkiyə prezidenti növbədənkənar seçkilərin keçirilə biləcəyinə işarə vurub
15:57 13 Yanvar 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+
.

Bakı. 13 yanvar. REPORT.AZ/ “Ölkə parlamentini fəaliyyətsiz hala gətirsələr, növbədənkənar seçki haqqında düşünmək olar”.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiyaya dəyişikliklə bağlı ölkə parlamentində keçrilən müzakirələr zamanı baş verən dava-dalaşa işarə edərək vurğulayıb.
“Səmimi, doğru-dürüst bir şəkildə müzakirə edin, hay-küyə, gurultuya ehtiyac yoxdur. Düşündüklərinizi parlamentdə söyləyin. Qərarlar 330 səslə onsuz da qəbul olunur. Bu işin ikinci turu da var. Orada qəbul edilsə, bundan sonra əsil sahibinə çatacaq. Millətimizin verəcəyi qərara hamımız bəli deyəcəyik. Hadisə budur”, - o bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-novbedenkenar-seckilerin-kecirile-bileceyine-isare-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR