Lənkəran ŞRPŞ: "Özünü polis şöbəsinin inzibatı binasından yerə atan qadın cinayət məsuliyyətindən yayınmağa cəhd göstərib"

Lənkəran ŞRPŞ: "Özünü polis şöbəsinin inzibatı binasından yerə atan qadın cinayət məsuliyyətindən yayınmağa cəhd göstərib"
15:57 13 Yanvar 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ "Polis idarəsində işgəncələrə məruz qalmasını iddia edən qadın həqiqətə uyğun gəlməyən məlumatlar yaymağa çalışır". 
Bu barədə "Report"a Lənkəran Şəhər Rayon Polis Şöbəsindən (ŞRPŞ) bildirilib. 
Məlumata görə, rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva 4 il əvvəl törədilən qəttlə bağlı ifadəsi alınması üçün bölməyə dəvət edilib: "Ondan törədilən qətldə əlinin olub-olmadığına dair izahatı alınıb. İzahatı alınandan sonra nəzarətsiz vəziyyətdə qalan qadın özünü polis şöbəsinin inzibatı binasının ikinci mərtəbəsindən yerə atıb. Bununla da məsuliyyətdən yayınmağa çalışıb. Qadına qarşı heç bir zorakılıq əməlindən istifadə edilməyib. O, ictimaiyyətdə cinayət məsuliyyətindən yayınmaq üçün heç bir həqiqətə uyğun gəlməyən məlumatlar yaymağa çalışıb".  
Həmçinin vurğulanıb ki, Y.Əliyeva idarənin rəis müavini Əlifağa Kazımova şifahi izahat verib. 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeran-srps-ozunu-polis-sobesinin-inzibati-binasindan-yere-atan-qadin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR