İradə İbrahimova: "Bunu etmək üçün hər şeyə əl atdım"

İradə İbrahimova: "Bunu etmək üçün hər şeyə əl atdım"
16:52 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni İradə İbrahimova arıqlamağının sirrini açıqlayıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “İncə+” verilişinin qonağı olan sənətçi 100 kiloqramdan 50-yə düşdüyünü deyib:

"Həyat yoldaşım 157 kiloqram idi, indi 92 olub. Bizim pəhrizlərimiz fərqli idi. Arıqlamaq üçün hər şeyə əl atdım. Yağsız, duzsuz yeməklər gətirirdilər. Ədviyyatlarla dadlandırıb yeyirdim. Bitki çayları içirdim. Hər gün 40 dəqiqə qaçırdım. Bununla pəhrizə başladım. Bir müddət sonra o yeməkləri istəmədim. Öz yolumda davam etdim. Rasionumda şəkər, qara çay yoxdur.

Ən böyük problem çay, şirniyyat, çörək, ətdir. Həftənin iki günü ət, iki günü tərəvəzlər, iki günü isə balıq yeyilməlidir. Bakıda hara gedirəm ət, plov, salatlar var. Buradakı yeməkləri mədəm qəbul etmir. Anam yemək bişirəndə, deyirəm ətin yağı var da, əlavə niyə atırsan? Bunlar adamı kökəldən səbəblərdir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR