"Hz. Xədicə maşında yanımda əyləşdi" - FETÖ-çüdən İLGİNC MESAJ

"Hz. Xədicə maşında yanımda əyləşdi" - FETÖ-çüdən İLGİNC MESAJ
16:27 13 Yanvar 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adıyaman bölgəsində FETÖ / PDY istintaqı zamanı həbs olunan bir şəxsə aid telefonda, təşkilatın Skype-a aid şifrəli mesajlaşma şəbəkəsi Eagle-da ilginc mesajlaşma aşkar edilib.

Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, Eagle-dakı mesajlaşmada FETÖ-çü qadın "Maşında yanıma Hz. Xədicə anamız əyləşdi, həbsxanaya gedənə qədər əlimi buraxmadı. Mənə "Qızım, niyə bu qədər ağlayıb özünü üzürsən?! Rəbbimiz və biz sizinləyik, səbr edin, az qaldı" dedi" sözlərini yazıb.

FETÖ-nün imamlarından M.G-nin Eagle vasitəsi ilə dekabrın 8-i, 2016-cı ildə "Bunu sosial şəbəkələrdə yaya bildiyimiz qədər yayaq" başlığıyla paylaşıb.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR