Yevlaxda yol qəzası baş verib, ölən və yaralananlar var

Yevlaxda yol qəzası baş verib, ölən və yaralananlar var
16:37 13 Yanvar 2017
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax. 13 yanvar. REPORT.AZ/ Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Qarabağ bürosunun məlumatına görə, Yevlax-Bərdə avtomobil yolunda qeydə alınan qəzada 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətələri alıblar. "VAZ-2107"də olan sərnişin isə hadisə yerində ölüb. 
yaralılar Bərdə Rayon Mərkəzi XəstəXanasına (RMX) yerləşdiriliblər. 
Qeyd edək ki, qəzada ölən və yaralananların şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-yol-qezasi-bas-verib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR