Ermənistanın ali təhsil müəssisələrinin rektorları xarici vətəndaşlara saxta diplomlar veriblər

Ermənistanın ali təhsil müəssisələrinin rektorları xarici vətəndaşlara saxta diplomlar veriblər
16:47 13 Yanvar 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə bəzi özəl universitetlərdə ali təhsil haqqında saxta diplomların verilməsi halını aşkarlayıb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Ermənistan Təhsil və Elm Nazirliyi tərəfindən lisenziya almış, Yerevanda və respublikanın regionlarında fəaliyyət göstərən bəzi özəl universitetlərin rektorları rüşvət qarşılığında dərslərdə, hətta bəzi hallarda buraxılış imtahanlarında iştirak etməyən şəxslərə saxta diplomlar verib. Saxta diplomlar yalnız Ermənistan vətəndaşlarına yox, həm də İran, ABŞ, Gürcüstan, Rusiya, Özbəkistan və İsrail vətəndaşlarına verilib.
İndi 3 özəl universitetin rektoru rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilib.
İstintaq davam edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-ali-tehsil-muessiselerinin-rektorlari-xarici-vetendaslara-saxta-diplomlar-veribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR