Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş müşavirə keçirilib

Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş müşavirə keçirilib
17:37 13 Yanvar 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə “Report”a Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. 
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, ötən il Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib: "Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdiyimiz ötən il respublikamız üçün yeni sosial-iqtisadi islahatların həyata keçirilməsi, ordumuzun şanlı zəfərləri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi, idmançılarımızın Rio Yay Olimpiya Oyunlarında möhtəşəm qələbələr qazanması ilə yadda qalmış, eyni zamanda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilmiş mühüm ictimai-siyasi tədbir, ümumxalq səsverməsi-referendumla əlamətdar olub".
O bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə edib.
Ə.Seyidovun sözlərinə görə, şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib: "İl ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri şəhər prokurorluğunun diqqət mərkəzində olub". 
Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavini Azər Əsgərov hesabat dövründə prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, şəhər prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin rəisi Ceyhun Qurbanov müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elçin Sultanov şəhər polis orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq və təhqiqat işinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış edərək ətraflı məlumat veriblər.
Yekunda Ə.Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/baki-seher-prokurorlugunda-oten-ilin-yekunlari-ve-qarsida-duran-vezifelere-hesr-olunan-genis-musavir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR