"Ölən" futbolçu danışdı: "Polis rəisi məni işə düzəldib"

"Ölən" futbolçu danışdı: "Polis rəisi məni işə düzəldib"
17:47 13 Yanvar 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən mətbuatda ölüm xəbəri yayılan Azərbaycan milli komandasının sabiq futbolçusu Faiq Cabbarov açıqlama verib.

Milli.Az xəbər verir ki, qafqazinfo-ya danışan eks-oyunçu bir neçə gündür yoxa çıxmasına da aydınlıq gətirib.

O bildirib ki, ölüm xəbərinin yayılması, əslində, işinə yarayıb:

"Meyitimi görmədən necə öldü deyiblər, anlamıram. Amma bu, mənim işimə yaradı. Hamı indi itirib-axtarır. Gərək "öləndən" sonra axtaraydılar? Mənim ürəyim həmişə futbolla döyünüb. Amma orada mənə yer olmadı".

Cabbarov haqqında deyilən "içki düşkündür" iddialarına da cavab verib:

"Bilirsiz də, mən Azərbaycan millisində oynamışam. Dünyanın ən güclü hücumçuları - Erik Kontanaya, Yarı Litmanenə qarşı çıxış etmişəm. Mən həmin matçlara da içkili çıxırdım. Amma onda heç kim demirdi ki, Faiq "alkaş"dır. Nə vaxt mənim pulum bitdi, işsiz qaldım dedilər, içki düşkünüdür. Düzdür, mən içirəm, amma əlimə butulka alıb bomj kimi araq içmirəm. Dostlarımla yeyib-içirəm. 10 gün bundan əvvələ qədər işsiz idim. Amma sağ olsun burada bir polis rəisi var. O, məni öz təsərrüfatlarının birində işin başına qoyub. Ona təşəkkür edirəm. Yenə deyirəm ki, ürəyim futbolla döyünür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/507495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR