Bakıda "JEK" müdürü özünü öldürdü - KÜLLİ MİQDARDA BORCU OLUB

Bakıda "JEK" müdürü özünü öldürdü - KÜLLİ MİQDARDA BORCU OLUB
17:52 13 Yanvar 2017
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda intihar hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Şeyx Şamil küçəsi ev 8, mənzil 6 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Cavadov Şakir Ənvər oğlu Salyan şosesi 32 ünvanında Veloparkın ərazisində şam ağacından özünü asaraq intihar edib.

Bildirilir ki, Ş.Cavadov 1 ay əvvələdək Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 144 saylı MKİS-in rəisi işləyib. 1 ay əvvəl isə o, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində digər vəzifəyə keçirilib. 

Onun müxtəlif şəxslərə külli miqdarda borcunun olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/507498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR