Bakıda törədilən cinayət hadisələrindən 14-ü açılmayıb - FOTO

Bakıda törədilən cinayət hadisələrindən 14-ü açılmayıb - FOTO
17:57 13 Yanvar 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Bakıda törədilən 14 cinayət hadisəsi açılmamış qalıb.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, bu barədə yanvarın 13-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə keçirilən 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, ötən il ərzində qəsdən adam öldürmə, quldurluq cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 9 quldurluq cinayətləri, 3 ölümlə nəticələnən yol-nəqliyyat hadisələri açılmamış qalıb.

Həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/507497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR