Ərdoğandan növbədənkənar seçki MESAJI

Ərdoğandan növbədənkənar seçki MESAJI
18:03 13 Yanvar 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

“Parlament işləməz hala gələrsə, növbədənkənar seçkilərin keçirilməsi düşünülə bilər”.

Publika.az xəbər verir ki, bunu Konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsinin parlamentdə müzakirəsini qiymətləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Növbədənkənar seçkilərinin keçirilməsinin məqsədəuyğun olacağını heç zaman düşünmədik. Amma parlament işləməz vəziyyətə gələrsə, bu məsələ düşünülə bilər”, - deyə prezident vurğulayıb.

Xatırlaadq ki, iki gün əvvəl Türkiyə parlamentində Konstitusiyaya dəyişikliklər üzrə layihəsinin müzakirəsi zamanı qarşıdurma zamanı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini olan millət vəkili Fatih Şahinin burnu sınıb.

Konstitusiyanın 3-cü maddəsinin müzakirəsindən sonra səsvermə başlayıb. Millət vəkilləri səs vermək üçün xüsusi kabinlərə doğru gediblər. Bu vaxt AKP və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında qarşıdurma yaranıb və daha sonra yumruq davasına çevrilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR