Saakaşviliyə xəyanət edənlər iki fraksiya yaratdılar

Saakaşviliyə xəyanət edənlər iki fraksiya yaratdılar
18:08 13 Yanvar 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasını tərk edən deputatlar parlamentdə iki - “Avropa Gürcüstanı” və “Ən yaxşı gələcək üçün Avropa Gürcüstanı” fraksiyalarında təmsil olunacaqlar.

Publika.az newsgeorgia.ge saytına istinadən xəbər verir ki, partiyadan olan 27 deputat daha əvvəl “Vahid Milli Hərəkat” və “Gürcüstanın irəliləyişi üçün Milli Hərəkat” adlı iki fraksiyada birləşmişdilər.

“Vahid Milli Hərəkat”dan parlamentə seçilmiş 21 deputat dünən rəsmən partiyanı tərk edərək yeni siyasi təşkilatın yaradıldığını elan ediblər. Təşkilatın adı hələ məlum deyil.

“Avropa Gürcüstanı” fraksiyasına Serdo Ratiani, “Ən yaxşı gələcək üçün Avropa Gürcüstanı” fraksiyasına Elene Xoştariya rəhbərlik edəcək. Hər iki fraksiya parlament azlığı statusunu saxlayır.

Hazırda “Vahid Milli Hərəkat”dan parlamentdə beş deputat qalıb: Nika Asedarax, Roman Qosiridze, Salome Samadaşvili, Tinatin Bokuçava və Laşa Dameniya. Şəxsi fraksiyanın yaradılması üçün altı deputat lazımdır. Azərbaycanlı millət vəkili Azər Suleymanov partiyada qalmaq və ya getmək barədə qərarını hələ müəyyən etməyib.

Qeyd edək ki, “Vahid Milli Hərəkat”ın əsası 2001-ci ilin oktyabrında Mixail Saakaşvili tərəfindən qoyulub. Partiya 2004-2012-ci illərdə Gürcüstanda iqtidarda olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR