"Accessbank" "Qayğıkeş ana" layihəsinə başlayıb

"Accessbank" "Qayğıkeş ana" layihəsinə başlayıb
18:22 13 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ “Müasir dünyanın sürətli tempini azaltmaq mümkün deyil, lakin işlərə yanaşmanı və həyata münasibəti dəyişmək olar”. “Report” xəbər verir ki, bu barədə “Accessbank” QSC-nin açıqlamasında bildirilir.
Bank bu çağırışla "Qayğıkeş ana" adlı yeni layihəsində hamıya müraciət edib. Bu layihə çərçivəsində hər kəsin qeydinə qalan və həqiqi ana kimi qayğıkeş olan virtual ana yaradılıb.
“Accessbank” hər kəsi internet səhifələrində, virtual oyunlarda və hətta şəhərimizin küçələrində rastlaşa biləcəyi qayğıkeş ananın məsləhətlərinə diqqət yetirməyə çağırır: “Siz qayğıkeş ananı şəhərin ən gediş-gəlişli küçələrində, icazə verilməyən yerlərdə insanların yolu keçdikləri ərazilərdə yerləşən reklam lövhələrində görə bilərsiniz".
"Səhərlər internetdə qayğıkeş ana sizi daha isti geyinməyə, eləcə də suyu, qazı və işığı söndürməyi unutmamağa çağıracaq. Nahar vaxtı ana düzgün qidalanmağı xatırladacaq. Qayğıkeş ana sizi həmçinin pulu qənaətlə xərcləməyə çağıracaq. Əgər siz yatmazdan əvvəl mobil oyunlar oynamaq həvəskarısınızsa, ana saat 00:00-dan 05:00-dək mobil reklam vasitəsilə oyunlarda peyda olub oyunu dayandırıb yatmağınızı tələb edəcək. Ən maraqlısı odur ki, 25 yaşdan yuxarı subay kişilər “Facebook” və “Instagram”da ananın ənənəvi sualını görəcəklər".
Bankdan bildirilib ki, istifadəçilər internetdə və mobil cihazlarda reklamın üzərinə klikləməklə həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək ananın məsləhətlərini oxuya biləcəklər: "Əgər siz artıq ananın məsləhətlərini dinləməyə hazırsınızsa, Qayğıkeş ana saytına daxil olub ananın sözlərini dinləməklə öz həyatınızı yaxşılığa doğru dəyişin”.







Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accessbank-in-yeni-qaygikes-ana-layihesine-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR