Kənd turizmində gənclərin rolu

Kənd turizmində gənclərin rolu
18:48 13 Yanvar 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsinin tədbiri bu gün İsmayıllıda baş tutub.

Publika.az xəbər verir ki, təlimdə şagird-müəllim kollektivi, tələbələr, ictimai fəal gənclər, QHT və KİV nümayəndələri iştirak etdilər.

Təlimdə Gənclər Mərkəzi İctimai Birliyinin direktoru Kənan Qubadzadə iştirakçıları layihə barədə məlumatlandırdı. Layihənin məqsəd və vəzifələri haqqında ətraflı informasiyalar çatdırdı. Hələ 2011-cü ilin prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan olunması və bu çərçivədə görülən işlər, bu işlərin icrası prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı və digər məsələlərlə bağlı fikirlərini bölüşdü. O, bildirdi ki, qeyri-neft sektorunun inkişafı prosesində turizmin inkişaf etdirilməsi ən vacib prioritetlərdəndir. Çıxış edən ekspertlər kənd turizminin iştirak etdirilməsi, xüsusilə bu prosesdə gənclərin iştirakının təmin olunmasını hər zaman aktual olduğunu və daim diqqətdə saxlandığını söylədilər.

Hər bir işin başında maarifləndirmə və təbliğatın durduğunu qeyd edən ekspert A.Sarıyev gənclərin bu sahədə rolunun əvəzolunmaz olduğunu bildirdi.

Daha sonra müzakirələr təşkil olundu. İştirakçılrın sualları cavablandırıldı. İsmayıllı gənclərə kənd turizminin təbliği üçün buklet və broşurların paylandı, üzərində Gənclər Fondunun və Gənclər Mərkəzinin loqoları olan cib təqvimləri paylandı. Təlim iştirakçılarına sertifikatlar təqdim olundu.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/183642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR