Bakı Şəhər Halqası Beynəlxalq Avtoidman Sərgisində təmsil olunur

Bakı Şəhər Halqası Beynəlxalq Avtoidman Sərgisində təmsil olunur
18:57 13 Yanvar 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı 13 yanvar. REPORT.AZ/ "Formula-1" yarışının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) dünyanın ən məşhur avtoidman sərgisində ilk dəfə açdığı stenddə ziyarətçilərə Bakıda keçiriləcək yarışa bilet qazanmaqla yanaşı, simulyator vasitəsilə yarışmaq imkanını təklif edir.
BŞH-dan "Report"a verilən məlumata görə, Əməliyyat Şirkəti yanvarın 12-15-də İngiltərənin Birmingem şəhərində yerləşən NEC Arenada keçirilən sayca 27-ci Beynəlxalq Avtoidman Sərgisində ilk dəfə stend açacaq. "Formula-1" mövsümü öncəsi keçirilən bu sərgidə "Formula-1" bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı, avtoidman və avtomobil sahələri ilə əlaqədar son yeniliklər ziyarətçilərə təqdim olunacaq.
Hazırda 30 %-dək endirimli qiymətlərlə "Formula-1" 2017 Azərbaycan Qran-prisinə dördgünlük biletlərin satışı davam edir. Bakı Şəhər Halqasının stendinə gələnlər burada həm "Formula-1 təqvimində yer alan ən yeni yarışla bağlı məlumat ala biləcəklər, həm də onlar üçün quraşdırılmış simulyator vasitəsilə "Formula 1"in ən sürətli şəhər trekində sürücülük bacarıqlarını nümayiş etdirə və yarış həyəcanını yaşayacaqlar. Eyni zamanda, stenddə lotereya oynanılacaq və uduş qazanan ziyarətçiyə bu il iyunun 23-25-də Bakıda baş tutacaq Azərbaycan Qran-prisi üçün 2 nəfərlik səyahət və yarış biletləri veriləcək.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməliyyat şirkəti nümayəndələrinin Beynəlxalq Avtoidman Sərgisinə ilk səfərini şərh edib: “Bu həftəsonu Beynəlxalq Avtoidman Sərgisinə səfər etmək və orada coşğulu avtoidman auditoriyasına möhtəşəm şəhərimizi və Bakı trekini təqdim etmək imkanına sahib olduğumuz üçün çox şadıq. Bildiyiniz kimi, artıq yarışın adı bu ildən etibarən ölkəmizin adı ilə bir hallanacaq və biz mümkün olduqca daha çox insana Azərbaycanı və Bakı Şəhər Halqasını tanıtmağa çalışacağıq. Bakıya gələn azarkeşlər sadəcə ən sürətli şəhər trekində dünyanın ən məşhur sürücülərinin gərgin mübarizəsinə şahid olmayacaqlar, həm də onlar müasirliyi və gözəlliyi ilə yaşından və mədəniyyətindən asılı olmayaraq hamının diqqətini özünə cəlb edən Bakı şəhərinin müasir və tarixi ənənəsi ilə yaxından tanış ola biləcəklər.”
Daha ətraflı məlumatı media@bakugp.az elektron poçt ünvanına yazaraq əldə edə bilərsiniz.




Xəbərin orijinal ünvanı: https://report.az/idman/baki-seher-halqasi-beynelxalq-avtoidman-sergisinde-temsil-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR