Pakistanda yük maşını məktəb binasına çırpıldı: 5 ölü - 4-ü məktəbli qızdır

Pakistanda yük maşını məktəb binasına çırpıldı: 5 ölü - 4-ü məktəbli qızdır
19:12 13 Yanvar 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın şimal-şərqində, Kəşmir əyalətində yük maşını məktəb binasına çırpılıb.

Bu barədə Trend "TASS" agentliyinə istinadən məlumat verir.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 30 nəfər xəsarət alıb. Ölənlərdən 4-ü məktəbli qızlardır.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirərək məktəb binasına çırpılıb. Sürücü hadisə yerindən uzaqlaşsa da, daha sonra polis tərəfindən saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR