İŞİD “Leopard” tankları haqqında mifi dağıtdı

İŞİD “Leopard” tankları haqqında mifi dağıtdı
19:33 13 Yanvar 2017
255 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının döyüşçüləri alman tankları haqqında mifi dağıdıblar.

Publika.az “Die Welt” nəşrinə istinadən xəbər verir ki, terror qruplaşması buna Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinə aid “Leopard” tanklarını məhv edərək nail olublar.

Nəşrin yazdığına görə, İŞİD ilk dəfə Türkiyə Silahlı Qüvvələrinin “Leopard” tanklarını sıradan çıxarıb. Daha əvvəl bu nümunəvi alman tankı “məğlubedilməz” hesab edilirdi. Son ana qədər “Leopard 2” döyüş tankının möhkəmliyi haqqında mif var idi. Kosovo müharibəsində bu tanklardan heç biri itirilməmişdi. Əfqanıstanda isə bir “Leopard” tankı Taliban tərəfindən qoyulmuş minanın partlaması nəticəsində sıradan çıxmış, lakin ekipajı sağ qalmışdı.

İlkin məlumatlara görə, İŞİD döyüşçüləri 10 ədəd “2A4 Leopard” tankını məhv ediblər. İtkilər barədə rəsmi məlumat yoxdur. Amma ekspertlər itkilərdən şübhələnmirlər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR