Cenniferin valideynləri əsəbiləşdi: "Öz yaşına uyğun..."

Cenniferin valideynləri əsəbiləşdi: "Öz yaşına uyğun..."
19:36 13 Yanvar 2017
99 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Cennifer Lourensin valideynləri onun özündən 21 yaş böyük sevgilisi, rejissor Darren Aronofs ilə görüşməsinin əleyhinədirlər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, valideynləri 26 yaşlı Cenniferə öz yaşına uyğun biri ilə münasibətdə olmasını deyirlər.

Məşhur jurnallardan birinə açıqlama verən Lourens Darreni çox sevdiyini və ondan evlilik təklifi gözlədiyini bildirib.

Digər qərb mətbuatı cütlüyün aktrisanın valideynləri üzündən deyil, xəyanətə görə ayrılacağını yazır. Belə ki, 47 yaşlı rejjisorun filmə çəkdiyi aktrisalarla daim sevgi yaşaması gündəmdə olub. Hazırda isə Aronofs Şarliz Teron ilə yeni bir proyektdə çalışır.

İddia edilir ki, onlar arasında da roman yaşanacaq. 

Qeyd edək ki, Lourens Darrenlə "Sərnişinlər" (Passengers) filmin çəkilişləri zamanı tanış olublar.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR