Rihanna gündəlik geyiminə 5 min xərclədi - FOTO

Rihanna gündəlik geyiminə 5 min xərclədi - FOTO
20:22 13 Yanvar 2017
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli müğənni Rihanna yenə də bahalı geyimi ilə müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı sənətçi yalnız konsertləri zamanı deyil, gündəlik həyatında da geyindiyi libaslarla hər dəfə gündəmdə olur.

Bu dəfə müğənninin üzərindəki geyim və aksessuarlar təxminən 5 min dollar dəyərində olub. Belə ki, onun saçına taxdığı aksessuar min dollar, idman ayaqqabıları 990 dollar, corabları 460 dollar, çantası 1900 dollardan çox, "tunik" isə 600 dollardan yüksək olub.

Qeyd edək ki, Rihanna 2016-cı ildə 75 milyon dollar gəlir əldə edib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/507521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR