"Sumqayıt" albanlara yenildi

"Sumqayıt" albanlara yenildi
20:47 13 Yanvar 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama matçına çıxıb. Fanat.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Şkenderbeu” ilə üz-üzə gəlib.

 

Antalyada 3 yoxlama matçı keçirməyi planlaşdıran baş məşqçi Samir Abasov yetirmələrini ilk olaraq Albaniya klubu ilə görüşdə sınağa çəkib. 

 

Oyun ərzində rəqibindən zəif təsir bağışlayan "kimyaçılar" 1:3 hesablı məğlubiyyətə üzülüb.

 

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə olduğu müddətdə “Nasaf” (Özbəkistan: 16 yanvar) və “Atırau” (Qazaxıstan: 19 yanvar) ilə də yoxlama görüşü keçirəcək.

 

Sumqayıt - Şkenderbeu (Albaniya) 1:3

Qol: Mirabdulla Abbasov, 90.

Sumqayıt: Fərhad Vəliyev, Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Rail Məlikov, Azər Salahlı, Vaquf Güləliyev, Sergey Çernışev, Fərhat Qıstarov, Amil Yunanov, Xəyal Nəcəfov, Məhəmməd Qurbanov.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsumqaytquot-albanlara-yenildi-t55545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR