x
Loading...

Polkovnikin həyat yoldaşının öldüyü qəza ilə bağlı AÇIQLAMA

Polkovnikin həyat yoldaşının öldüyü qəza ilə bağlı AÇIQLAMA
21:57 13 Yanvar 2017
354 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan Dövlət İqtisad Universitetinin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın öldüyü qəza ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.

Milli.Az xəbər verir ki, ölkə.az-a danışan qurumun ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qəza ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bölmə rəisinin sözlərinə görə, hadisədən əvvəl xanım sürücü yol polisi tərəfindən saxlanılmayıb. Hadisə zamanı da sənədlər avtomobildə olub və oğlu tərəfindən polislərə təqdim olunub.

Vaqif Əsədov bildirib ki, hazırda faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən sayt bir qədər əvvəl bildirdi ki, Sevda İsmayılovanın öldüyü qəzanın yeni təfərrüatları məlum olub.

Qəza zamanı xanımın idarə etdiyi ''Nissan'' markalı avtomobil Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

S.İsmayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformatika" kafedrasının müəllimi idi.

Bildirilir ki, S.İsmayılovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.

Sayt hüquq-mühafiə orqanlarından qəzanın baş vermə səbəbi ilə bağlı məlumat əldə edib.

Verilən məlumata görə, hadisədən bir müddət əvvəl Sevda İsmayılovanın avtomobili DYP tərəfindən saxlanılıb.

Dərsə tələsdiyindən xanım sənədləri polisə verərək işə gedib. Yolda isə həyat yoldaşı ilə telefonla danışdığına görə qarşı tərəfə çıxıb. Nəticədə qəza baş verib.

Hadisə yerinə baxış keçirərkən polis əməkdaşları xanımın üzərindən və avtomobildən heç bir sənəd tapmayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/507533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR