x
Loading...

Mosulun əsas inzibati binası azad edildi

Mosulun əsas inzibati binası azad edildi
22:08 13 Yanvar 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+
.

İraq ordusu Mosulun əsas inzibati binasını İŞİD terror qruplaşmasının terrorçularından azad edib.

Publika.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisi səlahiyyətlərini icra edən Eliza Slotkin bəyan edib.

“Hazırda Mosulun əsas inzibati binasının damında İraq bayrağı dalğalanır”, deyə E.Slotkin bildirib.

Qeyd edək ki, Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.

Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR