x
Loading...

Türkiyə ordusu strateji nöqtəni ələ keçirdi

Türkiyə ordusu strateji nöqtəni ələ keçirdi
23:18 13 Yanvar 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+
.

Türkiyə ordusu və Azad Suriya Ordusu Əl-Bab əməliyyatı çərçivəsində strateji nöqtəni alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əl Babın şərqindəki Suflaniyah kəndi İŞİD-dən təmizlənib.

Türkiyə ordusu və Azad Suriya Ordusu Bzagah kəndi istiqamətində irəliləyişə başlayıb. Bu istiqamətdə şiddətli döyüşlərin getdiyi bildirilir.

Türkiyə ordusunun Hava Qüvvələri Komandirliyi isə Suflaniyah və Bzagahda İŞİD-in mövqelərinə qarşı hava əməliyyatı təşkil edib. Əməliyyatın gedişatında 4 sığınacaq, 4 qərargah binası və 2 hərbi texnika məhv edilib, 41 terrorçu öldürülüb.

Ömər



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR