Tramp Saakaşvilini komandasına çağırdı - FOTO/VİDEO

Tramp Saakaşvilini komandasına çağırdı - FOTO/VİDEO
00:18 14 Yanvar 2017
272 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yöndəmsiz geyimdə Nyu-York aeroportunda görünüb.

Publika.az xəbər verir ki, siyasətçinin aeroportdakı görüntülərini life.ru saytı yayıb.

Boynunda futbol üzrə Ukrayna milli komandasının şərfi, əynində isə qısa mayka olan sabiq qubernator son dərəcə çaşqın və narazı görünürdü.

Onun ABŞ-a hansı məqsədlə getdiyi hələ məlum deyil. Amma life.ru xəbərin başlığında ABŞ-ın yeni seçilmiş prezident Donald Trampın onu islahatçıların komandasına çağırdığını bildirib.

Ömər



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR